BANK

"TBC Bank" istintaqa cəlb olunub
08 YANVAR
303

"TBC Bank" istintaqa cəlb olunub

2019-01-08 18:45:00

Gürcüstanın aparıcı bankı olan "TBC Bank" istintaqa cəlb olunub.

Fins.az xəbər verir ki, bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, prokurorluq istintaq çərçivəsində "TBC Bank"dan bəzi sənədləri müsadirə edib. Hazırda sənədlərlə bağlı tədqiqat və digər istintaq tədbirləri həyata keçirilir.

İstintaqın gedişi barədə ətraflı məlumat hələ ki, verilmir. Baş Prokurorluqdan açıqlamanın bir neçə gündən sonra olacağı bildirilib.

Qeyd edək ki, "TBC Bank" Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, "TBC Kredit" MMC bank olmayan kredit təşkilatı 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı "Nikoil Bank" ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264