BANK

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri bir ayda 10% azalıb
08 YANVAR
282

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri bir ayda 10% azalıb

2019-01-08 12:16:00

Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri yenidən azalmağa başlayıb. 

Məlumata görə, 2018-cı ilin noyabr ayında xaricilərin əmanətləri 84,6mln. manat və yaxud 10% azalaraq dekabrın 1-nə 760 mln. manata düşüb. 

Hesabata əsasən, azalma əsasən xarici valyuta ilə yerləşdirilmiş əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında xaricilərin milli valyuta ilə əmanətləri 11,5 mln. manat və yaxud 13,2% artaraq 98,4 mln. manat, xarici valyuta ilə əmanətləri isə 96,1 mln. manat və yaxud 12,7% azalaraq manat ekvivalentində 661,6 mln. manat təşkil edib. 

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 8 073,5 mln. manat olub və bunun 90,6%-i və ya 7 313,5 mln. manatı rezident, 9,4%-i və yaxud 760 mln. manatı qeyri-rezidnetlər tərəfindən yerləşdirilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır