BANK

Azərbaycanda dollar satışı 80% artıb
08 YANVAR
384

Azərbaycanda dollar satışı 80% artıb

2019-01-08 10:46:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fonddan bildirilib. 

ARDNF tərəfindən 2018-ci ilin noyabr ayı ərzində 654,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Noyabr ayı ilə müqayisədə Dekabrda valyuta satışı 23 milyon dollar artıb.

Ötən il ərzində hərraclarda 6 milyard 460,4 milyon ABŞ dolları satıb.

2018-ci ildə dolların ən böyük satışı aprel (802,6 milyon dollar) və avqust (733,7 milyon dollar) aylarında, ən az dollar satışı isə yanvar (299,1 milyon dollar) və fevral (364,1 milyon dollar) aylarında baş verib. Təkcə son iki ayda – noyabr və dekabrda 1,3 milyard dollardan artıq valyuta satılıb.

Qeyd edək ki, 2017-ci ildə ən çox valyuta satışı dekabr ayında baş vermişdi - 584,8 milyon dollar.  Ən kiçik satış isə noyabrda  baş verib - 208,9 milyon dollar. 

Orta hesabla 2018-ci ilin hər ayında 538 milyon dollar satılıb. 2017-ci ildə isə bu göstərici  299,8 milyon dollar təşkil edib. 

 

ARDNF-in valyuta satışı 
(milyon ABŞ dolları ilə)

2017

2018

Yanvar

285,0

299,1

Fevral

258,4

364,1

Mart

250,0

647,0

Aprel

220,8

802,6

May

300,3

422,7

İyun

373,2

439,0

İyul

253,2

536,6

Avqust

292,6

733,7

Sentyabr

252,2

394,8

Oktyabr

318,7

489,6

Noyabr

208,9

654,1

Dekabr

584,8

677,1

Cəmi

3 598,1

6 460,4

© Fed.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027