BANK

Bu bank nizamnamə kapitalını artırdı
07 YANVAR
375

Bu bank nizamnamə kapitalını artırdı

2019-01-07 15:08:00

“Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.

Fins.az Report-a istinadən xəbər verir ki, əqd Bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.

Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 8,8% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272