BANK

Biri qızıla krediti 48%-lə verir, digəri isə zərgər axtarır – Bankların lombard kreditləri
07 YANVAR
425

Biri qızıla krediti 48%-lə verir, digəri isə zərgər axtarır – Bankların lombard kreditləri

2019-01-07 12:33:00

Fins.az Azərbaycanda lombard krediti verən bankları və onların illik faiz tələblərini öyrənib. Banklardan biri bu kredit növü üçün fantastik illik faiz tələb edir.

Bakı/12:24/Xeybər Heydərov/Fins.az

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan yalnız 8-i lombard krediti təklif edir. Apardığımız təhlildən belə məlum olub ki, Muğanbanka qızıl qoyub pul götürənlər həmin məbləği  48% la qaytaraqcaqlar .

Adı çəkilən bank 750 əyarlıq qızılın qramı üçün isə 39 manat təklif edir. Bankın kredit faizi yüksək olmağına baxmayaraq qızıla görə ödədiyi pul digər bankların təklif etdiyi məbləğdən azdır.

Qızıla ən yaxşı pulu Amrahbank verir. Bank lombard krediti üçün illik 20 % təklif edir. 750 əyar qızılın hər qramına görə, isə 71 manat pul verir.

ExpressBank 750 əyar qızılın hər qramı üçün 59 manat təklif edir. Bankın lombard krediti üçün illik faiz təklifi isə 25.92%-dir.

Bank Respublika da lombard krediti verən banklar sırasındadır. Bank illik 26 % kredit təklif edir. Qızılın qramına veriləcək pulu isə yalnız bankın zərgəri müəyyən edir.

Lombard krediti ilə bağlı Azər Türk Bankda vəziyyət digər banklarla müqayisədə bir qədər fərqlidir. Belə ki, bankın lombard krediti adlı məhsulu var. Amma yalnız adı var. Belə ki, Azər Türk Bankın yalnız Gəncə filialında lombard krediti var. O da Bankın bu filialının zərgəri olmadığından bank artıq neçə aylardı kredit verə bilmir.

Azər Türk Bankdan fərqli olaraq BTB Bank lombard krediti verir. İllik 22.8% təklif edən bank , 750 əyar qızıl üçün 50 manat verir.

AtaBank isə lombard krediti üçün illik 22% olmaqla qızılın hər qramına 40 manat təklif edir.

RabitəBank  isə 29% illiklə 750 əyarlıq qızlın hər qramına görə, 52.50 manat ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256