BANK

İran milli valyutasından 4 sıfırı atmağa hazırlaşır
07 YANVAR
137

İran milli valyutasından 4 sıfırı atmağa hazırlaşır

2019-01-07 11:35:00

İran Mərkəzi Bankı rialın denominasiyasına hazırlaşır.

Fiins.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mərkəzi Bank sədri Əbdülnasir Xemati 4 sıfırın silinməsi üçün hazırladığı qanun layihəsini hökumətə təqdim edib.

Ə.Xematinin sözlərinə görə, qanun layihəsinin Nazirlər Kabinetinin ardınca parlamentdə qəbulundan sonra İran rialından 4 sıfır atılacaq, hazırki 10 min rial 1 tümən olacaq, 1 tümən də yeni tədavülə buraxılacaq 100 riallıq əskinaslara uyğun olacaq.

Layihənin qəbulu edilməsindən dərhal sonra, yeni əskinasların çapına başlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256