BANK

Yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb
05 YANVAR
341

Yenidən maliyyələşdirmə kreditlərinin həcmi artıb

2019-01-05 10:53:00

Mərkəzi Bank 2018-ci ilin dekabr ayının 1-nə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələrini açıqlayıb.

Fins.az “Report”-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabat dövrünə yenidən maliyyələşdirmənin həcmi 739,5 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 9,75%-lə verilib. Oktyabrla müqayisədə noyabrda yenidən maliyyələşdirmənin həcmi 7,9 mln. manat və ya 1,08% artıb.

Qeyd edək ki, oktyabrda yenidən maliyyələşdirmənin həcmi 731,6 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri isə 9,75% təşkil edib.

Xatırladaq ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263