BANK

Dövriyyədə olan nağd pul kütləsinin həcmi 2% artıb
04 YANVAR
278

Dövriyyədə olan nağd pul kütləsinin həcmi 2% artıb

2019-01-04 17:47:00

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin dekabrın 1-nə 23 727,5 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 209,6mln. manat və yaxud 10,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, eyni zamanda 2018-ci ilin oktyabr ayı ilə müqayisədə noyabrda geniş mənada pul kütləsi 136,8 mln. manat və yaxud 0,6% artıb.

Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 085,3 mln. manat və yaxud 17,3% artaraq 2018-ci il dekabrın 1-nə 14 130,0 mln. təşkil edib.

Hesabata əsasən, dövriyyədə olan nağd pul kütləsinin həcmi 2018-ci il dekabrın 1-nə 7 934,6 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 175,2 mln. manat və yaxud 2,3% çoxdur.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 144,4 mln. manat həcmində olub. 

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264