BANK

Azərbaycanda ən çox və ən az kredit verilən sahələr
04 YANVAR
324

Azərbaycanda ən çox və ən az kredit verilən sahələr

2019-01-04 11:03:00

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-noyabr ayları üzrə kredit portfelinin göstəricilərini açıqlayıb.

Bankların ümumi kredtit portfeli 12 mlrd 564,2 mln manat olub. Bu, ilin əvvəli ilə müqayisədə 6,86% artıqdır.

Kreditlərin sahələr üzrə dəyişmələri aşağıdakı kimidir:

Ticarət və xidmət sektoru: Bu sektora verilən kreditlərin məbləği bu ilin yanvar-noyabr aylarında bu ilin əvvəlinə nəzərən 0,73% artaraq 2 mlrd 84,3 mln manat olub. Bu sektorun ümumi sektorda payı isə 16,6%-dir.

Energetika, kimya və təbii ehtiyatlar sektoru: Bu sektora verilən kreditlərin məbləği sözügedən dövrdə bu ilin əvvəlinə nisbətən 13,57% azalaraq 272,7 mln manat təşkil edib. Bu sektorun ümumi məbləğdə xüsusi çəkisi 2,2%-dir.

Kənd təsərrüfatı və emal: Bu sahə üzrə verilən kreditlərin məbləği bu ilin 11 ayında ilin əvvəlinə nəzərən 9,69% artaraq 470,8 mln manat olub. Bu sahənin ümumi məbləğdə payı 3,7% təşkil edib.

İnşaat və əmlak: Bu sahə üzrə bu ilin yanvar-noyabr ayları ərzində verilən kreditlərin məbləği ilin əvvəlinə nisbətən 26,46% azalaraq 401,7 mln manata enib. Bu sahənin ümumi məbləğdə payı 3,2% olub.

Sənaye və istehsal sektor: Bu sektora verilən kreditlərin məbləği ilin əvvəlinə nəzərən bu ilin 11 ayında 10,37% artaraq 685,6 mln manata çatıb. Bu sektorun ümumi məbləğdə xüsusi çəkisi 5,5% olub.

Nəqliyyat və rabitə: Bu sahə üçün verilən kreiditlərin məbləği 21,35% artaraq 1 mlrd 367,2 mln manata yüksəlib. Bu məbləğin ümumi məbləğdə xüsusi çəkisi 10,9%-dir.

Ev təsərrüfatı: Ən çox kredit verilməsi bu sahə üzrə müşahidə edilib. Belə ki, bu sahəyə verilən kreditləri məbləği bu ilin yanvar-noyabr aylarında ilin əvvəlinə nisbətən 15,01% artaraq 5 mlrd 297,8 mln manat olub. Bu sahə üzrə verilən kredit məbləğinin ümumi payda 42,2% paya malikdir. Onu da qeyd etmək lazımdır ki, bu verilən məbləğ bu il ərzində ən yüksək məbləğdir. Xatırladaq ki, ev təsərrüfatlarına verilən kreditlərin ən yüksək həddi 2017-ci ilin mart ayında qeydə alınıb - 5 mlrd 393,3 mln manat.

Fed.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263