BANK

Mərkəzi Bank: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb
03 YANVAR
164

Mərkəzi Bank: Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb

2019-01-03 16:40:00

2018-ci il dekabrın 1-nə əsasən Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb.

Fins.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən edilir.

Hesabata əsasən kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,61 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 37,8%, 2018-ci ilin əvvəlinə 40,86% olub.

2018-ci il dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit kredit qoyuluşu 12 564,2 mln. manat təşkil edib. Bunun da 1 688,7 mln. manat və 13,4%-ni vaxtı keçmiş kreditlər olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256