BANK

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
03 YANVAR
298

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

2019-01-03 16:05:00

 Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 688,7 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,6% azdır.

Ötən ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3,8% artıb, əvvəlki il dekabrın 1-nə nisbətən isə 10,7% azalıb.

Noyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4% təşkil edib. Bu nisbət oktyabrın sonuna 13,8%, əvvəlki ilin sonuna 13,8%, əvvəlki il noyabrın sonuna isə 15,5% təşkil edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266