BANK

AMB növbəti ildə inflyasiyanın 4% səviyyəsində saxlanılmasını hədəfləyir
28 DEKABR 2018
223

AMB növbəti ildə inflyasiyanın 4% səviyyəsində saxlanılmasını hədəfləyir

2018-12-28 10:07:00

Növbəti ilə və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir.

Bu barədə AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında məlumat verilir.

Bəyanatda bildirilir ki, Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

“Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4% (±2%) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq”-, deyə məlumatda qeyd olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266