BANK

Yeni ildə yeni xidmət. Expressbank “ Damla depoziti”ni təqdim edir
27 DEKABR 2018
395

Yeni ildə yeni xidmət. Expressbank “ Damla depoziti”ni təqdim edir

2018-12-27 17:22:00

Expressbank yeni il ərəfəsində həyatın bütün sahələrini əhatə edən nəsihət dolu məsləhətlər verən atalar sözlərindən biri olan “Dama dama göl olar”dan yola çıxaraq müştərilər üçün yeni bank məhsulunu təqdim edir. Damla depoziti adlanan yeni bank məhsulu vasitəsi ilə siz xərclədiyiniz pulla pul yığacaqsınız.

Belə ki, depozitin təqdim etdiyi iki əmanət növündən birini seçməklə kart ilə nağdsız alış–veriş etdikdən sonra ödədiyiniz məbləğ yuvarlaqlaşdırılır və yaranan fərq sizin əmanət hesabınıza köçürülür. Yəni  Damla 1 (məbləğ 1 AZN-ə çatdırılır) əmanət növünü seçsəniz, məsələn, ödəyəcəyiniz məbləğ 3.50 AZN təşkil etdiyi halda yuvarlaqlaşdırılır və  4 AZN çıxılır,  0.5 AZN məbləğində yaranan fərq Sizin əmanət hesabınıza köçürülür. Damla 5 (məbləğ 5 AZN-ə çatdırılır ) əmanət növündə isə bu məbləğ yuvarlaqlaşdırılaraq kartınızdan 5 AZN çıxılır, 3.5 AZN ödəyəcəyiniz məbləğ, 1.5 AZN məbləğində yaranan fərq isə əmanət hesabınıza köçürülür. Bundan başqa əmanətə əlavə olunan kartlarla qazandığınız “CashBack” məbləğləri də “Damla” depozitinizə köçürüləcək.

Nəticədə, 12 ayın sonunda seçdiyiniz əmanət növünə uyğun olaraq hesabınızda yığılan məbləğin üzərinə illik 12% (Damla 1) və 10% (Damla 5) əlavə olunur. Damla depozitinə yalnız Expressbank-a aid manat valyutasında olan debet kartlar əlavə edilə bilər. Yeni təklifimizdən yararlanmaq üçün mövcud manat kartlarınızı Damla depozitinə qoşun, və yaxud yeni debet kart almaq üçün bizə müraciət edin.

Bank xidmətləri barədə ətraflı məlumat üçün “132” Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya  bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə (www.facebook.com/Expressbank; www.instagram.com/expressbank_official/ ) daxil ola bilərsiniz.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266