BANK

Nəhəng bank şirkəti rəqəmsal pul çıxarmağı planlaşdırır
27 DEKABR 2018
138

Nəhəng bank şirkəti rəqəmsal pul çıxarmağı planlaşdırır

2018-12-27 14:36:00

Mövzuya yaxın mənbələrə görə, Yaponiyanın bank holdinqi şirkəti "Mizuho Financial Group", Mart ayından əvvəl digər Yaponiya bankları ilə birlikdə bazara bir rəqəmsal pul çıxarmağı planlaşdırır.

Fins.az xəbər verir ki, mənbələrə görə yeni rəqəmsal pul pərakəndə ödənişlər və transferlərdə istifadə ediləcək.

"Mizuho"nun kredit kartları ilə rəqabət edə bilmək üçün yeni rəqəmsal pulun istifadəsinə çox aşağı komissiya müəyyən edəcəyi və pul transferlərinin ödənişsiz olacağı qeyd olunub.

Şirkətin sözçüsü, bankın rəqəmsal pul layihəsi üzərində çalışdığını bildirib, ancaq təfərrüatları barədə məlumat verməyib. 

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256