BANK

Mərkəzi Bank inflyasiya risklərini açıqladı
26 DEKABR 2018
375

Mərkəzi Bank inflyasiya risklərini açıqladı

2018-12-26 13:14:00

İnflyasiya riskləri. Risklər balansında tarazlıq qorunmaqdadır. Başlıca  sabitləşdirici amil kimi dayanıqlı makroiqtisadi çərçivə fundamental rol oynayır.

Lakin bu balans dinamik xarakter daşıyır və bir sıra xarici və daxili proseslər inflyasiyanın artırıcı risk amillərini aktivləşdirə bilər. Xarici amillərə dünya neft bazarında qiymətlə bağlı qeyri-müəyyənliklər, ticarət tərəfdaşlarının maliyyə bazarlarında məzənnə dəyişkənliyi və bu ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bunlar Azərbaycan iqtisadiyyatına ticarət, investisya axınları, pul baratları və gözləntilər vasitəsilə də təsir göstərir. İnflyasiyaya təsir edə bilən daxili amillərə daxili tələbin genişlənməsi aiddir. Nəzərdə tutulan gəlir vergisi islahatı əhalinin gəlirlərini artıra və bu əsasda iqtisadi artımı dəstəkləməklə bərabər inflyasiyanın tələb amillərini də fəallaşdıra bilər. Digər tərəfdən istehlak kreditləşməsinin aktivləşməsinin daxili tələbə və idxala təsiri makroprudensial siyasətlə qabaqlayıcı rejimdə tənzimlənməlidir.

Monetar şərait.  Faiz dəhlizinin mövcud parametrləri milli valyutada yığımların cəlbediciliyini dəstəkləməklə əhalinin antiinflyasyon davranışına zəmin yaradır.

Digər tərəfdən pul təklifinin genişlənməsi makroiqtisadi sabitliyə xələl gətirmədən iqtisadi aktivliyi dəstəkləyir. 11 ayda manatla geniş pul kütləsi 13.3% artmışdır. 

Mərkəzi Bank uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərinin dəyişdirilməsini inflyasiyaya xarici və daxili amillərin təsirini qiymətləndirmək əsasında həyata keçirəcəkdir.

2019-cu il üzrə Mərkəzi Bankın İdarə Heyətinin pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafiki press-relizə əlavə olunur. Bu qrafikə uyğun olaraq faiz dəhlizinin parametrləri haqqında növbəti qərar barədə 2019-cu il fevral ayının 1-də açıqlama veriləcək və mətbuat konfransı keçiriləcəkdir. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272