BANK

ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranıb - Azərbaycanda
26 DEKABR 2018
129

ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranıb - Azərbaycanda

2018-12-26 13:10:00

2018-ci ilin 11 ayında xarici ticarət balansında ÜDM-in təxminən 18%-i səviyyəsində müsbət saldo yaranıb. Fins.az Azərbaycan Respublikası Mərkəzi Bankından verilən məlumata görə,  xəbər verir ki, bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft ixracı 11%, qeyri-neft idxalı isə 33% artıb. 

2018-ci ilin yekunu üzrə tədiyə balansının əhəmiyyətli profisitli olacağı və ölkənin strateji valyuta ehtiyatlarının artımı gözlənilir.

Lakin, beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalmışdır.

Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaqdır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256