BANK

“Yapı Kredi Azərbaycan”nın İdarə Heyətinə gələn bankirin adı bilindi
25 DEKABR 2018
189

“Yapı Kredi Azərbaycan”nın İdarə Heyətinə gələn bankirin adı bilindi

2018-12-25 10:43:00

Türkiyənin “Yapi Kredi” bankının Azərbaycandakı törəməsi “Yapi Kredi Azərbaycan” QSC-nin İdarə Heyyətinə (İH) yeni təyin olunan şəxsin adı bəlli olub.

Banker.az bu barədə Banka yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.

Məlumata görə, Bankın İH-nə Nesimi Gündoğdu-nu təyin ediblər. O, 13 ildən çoxdur ki, “Yapi Kredi”də (Türkiyə) çalışır və Anadolu Universitetini bitirib.

Qeyd edək ki, Banker.az Redaksiyasına o zaman yalnız “Yapı Kredi Azərbaycan”ı tərk edən şəxslər barədə ( Barran Altınel və Özgür Şeşen) barədə məlumat daxil olmuşdu. Hazırda bankın İH iki azərbaycanlı və iki türkiyəli şəxslərdən ibarətdir.

Xatırladaq ki, “Yapi Kredi Azərbaycan” Azərbaycanın maliyyə bazarına 1998-ci ildən daxil olub, və hazırda  55,38mln. manat nizamnamə kapitalına (səhm kapitalı) məxsusdur. 100% Türkiyə kapitallı olmaqla səhmlərinə , YapıKredi Bank AŞ (99.8%), Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş (0.1%) və Yapı Kredi Finansal Kıralama A.O. (0.1%) adlı hüquqi şəxslər nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256