BANK

Mərkəzi Bank depozit hərracında 350 mln. manat cəlb edib
24 DEKABR 2018
171

Mərkəzi Bank depozit hərracında 350 mln. manat cəlb edib

2018-12-24 15:36:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. Bu barədə Fins.az-a AMB-dən məlumat verilib.

“Mərkəzi Bank dekabrın 24-də keçirilən hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 433 mln. manat təşkil edib, orta ölçülmüş faiz dərəcəsi 8,92%-dək artıb”, - deyə məlumatda bildirilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256