BANK

Qlobal borc rekord həddə çatıb - Apokalipsiz yaxınlaşır
24 DEKABR 2018
467

Qlobal borc rekord həddə çatıb - Apokalipsiz yaxınlaşır

2018-12-24 13:53:00

Açıqlanan məlumata görə, 2018-c ilin birinci rübündə dünya ölkələrinin borcu 247 trillion dollara çatıb. Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb.

Hesabata görə, dünya əhalisinin hər adambaşına görə borcu 86 min dollardı. Bu göstərici inkişaf etmiş ölkələrdə hər adambaşına görə olan gəlirdən dəfələrlə çoxdur. Beynəlxalq Maliyyə İnstitutunun hesabatına əsasən, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 318% -dən çoxdur

Analitiklər hesab edir ki, bazarın volatilliyi və gözlənilən inflyasiya aktivlərə böyük təsir edir. Həmçinin ABŞ və Çin arasında baş verən iqtisadi müharibə də baş verənlərə təsirsiz ötüşməyib.

ABŞ Milli Təhlükəsizliyin rəhbəri Den Kouts ABŞ-ın 21 trillion dollarlıq borcunu ciddi maliyyə və milli təhlükə hesab etdiyini bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264