BANK

Amrahbank mükafata layiq görüldü
24 DEKABR 2018
167

Amrahbank mükafata layiq görüldü

2018-12-24 10:49:00

Amrahbank ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları-2018” tədbirində iki nominasiya üzrə, o cümlədən “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlarta layiq görüldü.
Mükafat ”Amrahbank”ın Biznesin İnkişafı Departamentinin Direktoru Şəfiqə Hacıyevaya  təqdim edildi. Ş. Hacıyevanın sözlərinə görə  "Artıq ikinci ildir ki, Amrahbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən eyni nominasiyalar üzrə mükafatlara layiq görülür. Bankımızın korporativ sosial məsuliyyət tədbirləri, o cümlədən ictimaiyyətdə mövcud problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaq, eləcə də təhsil dəstəkçisi olaraq gənclərin gələcək karyeralarında uğurlarının əldə edilməsi üçün Bankın peşəkar əməkdaşları tərəfindən təlimlərin  keçirilməsi, müxtəlif təcrübə proqramlarının təşkili, müştərilərimiz, əməkdaşlarımız, strateji tərəfdaşlarımız, səhmdarlarımız ümumilikdə cəmiyyət qarşısında “Amrahbank”ın  daşıdığı vəzifələrin əksidir.  Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik  və bunları gerçəkləşdirmək, deyilənlərəəməl etmək işinə də sadiqik”.

Amrahbank: Sizə açıq və aydın bank!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264