BANK

Naxçıvanda uzunmüddətli kreditlər kəskin azalıb
21 DEKABR 2018
225

Naxçıvanda uzunmüddətli kreditlər kəskin azalıb

2018-12-21 17:08:00

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-dakı bank və bank olmayan kredit təşkilatları fiziki və hüquqi  şəxslərə 47,784 mln. manat kredit verilib.

Fins.az Reporta istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,746 mln. manat və yaxud 1,7 dəfə çoxdur.

Verilmiş kreditlərin 5,252 mln. manatı və yaxud 11%-i qısamüddətli, 42,532 mln. manatı və yaxud 89%-i isə uzunmüddətli kreditlər olub.

Son 1 ildə qısamüddətli kreditlər 1,06 mln. manat və yaxud 25,3% artıb, uzunmüddətli kreditlər isə 18,686 mln. manat və yaxud 78,4% azalıb.

Xatırladaq ki, ötən ilin ilk 11 ayında Naxçıvanda verilmiş kreditlərin 4,192 mln. manatı və yaxud 15%-i qısamüddətli, 23,847 mln. manatı və yaxud 85%-i isə uzunmüddətli kreditlər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264