BANK

Bank Respublika 2018-ci ildə ən fəal bank seçilib!
20 DEKABR 2018
182

Bank Respublika 2018-ci ildə ən fəal bank seçilib!

2018-12-20 13:56:00

Dekabrın 19-da Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə “Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirmişdir.

Tədbirdə banklarının nümayəndələri, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş təşkilatlar iştirak edib.

2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən, eləcə də yeni innovativ bank məhsulları təklif edən Bank Respublika, iştirak etdiyi hər 4 nominasiya üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb:

  •          Korporativ sosial məsuliyyət
  •          Ən fəal təhsil dəstəkçisi
  •          Ən fəal maliyyə savadlığı dəstəkçisi
  •          İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü

 

Bankdan verilən məlumata əsasən Bank yeni ildə də  "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264