BANK

İnkişaf edən ölkə pulları 2019-da bahalaşacaq
19 DEKABR 2018
266

İnkişaf edən ölkə pulları 2019-da bahalaşacaq

2018-12-19 16:29:00

Qlobal investisiya bankı "Goldman Sachs", qarşıdakı aylarda inkişaf edən bazarlarda iqtisadi şərtlərin yaxşılaşacağını bildirir.

İnkişaf edən ölkələrin pul vahidləri 2018-ci il ərzində Dolların bahalaşması ilə təzyiq altında qaldılar. Bu il dollar 6 böyük pul vahidindən ibarət olan səbət qarşısında təxminən 5% dəyərlənib.

"Goldman Sachs"  Endryu Uilson Dolların 2018-ci ilin əvvəlindən bu yana bahalaşdığını və yəqin ki, ən yüksək səviyyənin görüldüyünü söyləyib. Ekspert, "Məncə, xüsusilə 2018-də dəyərdən düşmüş inkişaf edən ölkə valyutalarının gələn il sıçrayış etdiyini görəcəyik" ifadəsini istifadə edib.

Qurum, keçən həftə bir hesabatında inkişaf edən ölkə aktivlərinin inkişaf etmiş ölkə aktivləri ilə müqayisədə daha yaxşı performans göstərəcəyini bildirmişdi.

"Goldman Sachs" analitikləri gələn il investisiya proqnozuna dair ən böyük riskin Çinin iqtisadi performansı olacağını da qeyd edərək "Çin üçün 2019 iqtisadi artım proqnozumuz 6.2%-dir. Bu da 1990-lardan bəri ən aşağı artım olacaq" açıqlamasını etmişdi.

© Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256