BANK

Dollar FED-in iclası ərəfəsində ucuzlaşır
19 DEKABR 2018
187

Dollar FED-in iclası ərəfəsində ucuzlaşır

2018-12-19 15:35:00

Dollar, Fed-in gələn il bir müddət faiz artırmağa fasilə verəcəyinin gözlənməsi ilə ucuzlaşır.
 Fins.az xəbər verir ki, ABŞ pulu, G-10 ölkələrinin pul vahidlərinin bütünü qarşısında dəyər itirib.

ABŞ-ın 10 illik xəzinə istiqrazlarının faizi May ayından bu yana ilk dəfə 2.8 faiz səviyyəsindən aşağı düşüb. ABŞ iqtisadiyyatına dair bədbin mənzərə və son vaxtlar neft qiymətlərinin düşməsi inflyasiyanı daha da aşağı salır. Belə bir vəziyyətdə Fed gözləmə mövqeyini seçə bilər.

Fed-in iki gün davam edən iclası bu axşam başa çatacaq və iclasında faizin bu il dördüncü dəfə artırılacağı gözlənilir. Amma Fed 2019-cu ildə faizin artırılması sayını 3-dən 2-yə endirə bilər.

ABŞ Prezidenti Donald Tramp da Fed-i faiz artırdığına görə tənqid etməyə davam edir və Fed-ə "səhv etməkdən qaçması lazım olduğu" barədə xəbərdarlıq edib

Dolların G-10 ölkələrinin pulları qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi 0.3 faiz geriləyib. 

Avro/dollar məzənnəsi isə 0.4 faiz yüksələrək 1.1405 səviyyəsinə çatıb (Avro bahalaşıb, dollar ucuzlaşıb).

Qızılın qiyməti isə  Fed-in iclası ərəfəsində 5 ayın ən yüksək səviyyəsinə qalxıb. Qızıl 0.2 faiz dəyər qazanaraq unsiyası 1251.41 dolları görüb. Bu, 11 İyuldan bu yana ən yüksək səviyyədir. 

©Marja.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256