BANK

Bankdan necə birdəfəlik "ayrılmaq" olar?
19 DEKABR 2018
271

Bankdan necə birdəfəlik "ayrılmaq" olar?

2018-12-19 14:06:00

Bankdan ayrılmaq daha çətindir nəinki onun müştərisi olmaq. Banka olan borcunuzu bağlamadan yollarınızı ayırmaqla , kredit reytinqinizi korlamaq və ya cərimə kimi məhdudiyyətlərlə üzləşə bilərsiz.

Bank işçiləri heç də həmişə bankla əməkdaşlığa son qoymaq barədə məlumat vermirlər.

İstifadə etmədən bank katını saxlamaq, kart sahibini bəzi ödənişlərdən azad etmir. Bura aylıq sms xidməti, komissiya haqqları və digər ödənişlər daxil edilə bilər.

  1.  İlkin olaraq plastik kartınızı Banka qaytaranda ilk etməli olduğunuz məsələ bu barədə məktub yazmağınız olmalıdır. Bundan başqa elə müştərinin gözü önündə plastik kart cırılmalıdır. Lakin  unutmaq olmaz ki, bütün kartlar kredit təşkilatının mülküdür. Ona görə əksər emitentlər kartın banka qaytarılmasını tələb edirlər. Amma tələblər çox vaxt tövsiyyə xarakteri daşıyır. Bank bu məsələlərlə bağlı ərizəni qəbul etməyə bilər

Kreditlə bağlı borcunuz varsa

Texniki overdraft baş veribsə - Bu debet kartlarında artıq xərclərlə bağlı olur

  1.  Kartdan istifadə etməyəcəyiniz dövrdə kartın hesabına göstərilən xidmətlərə görə ödəniş etməmək üçün bankdan öyrənmək lazımdır ki, kart hansı müddətə qapadılacaqdır. Hesabın bağlanması məhsuldan asılıdır. Depozitlər müraciət olunan gün bağlanır əgər müqavilədə başqa şərt nəzərdə tutulmayıbsa. Kredit hesabları orta hesabla 45 gün ərzində, debet kartları isə 45 gün sonra, kredit kartları ərizə yazılandan sonra 45 günədək. Bəs nə üçün bu proseslər bu qədər vaxt alır? Ona görə ki, Bank əmin olmalıdır ki, təxirə salınmış ödəniş əməliyyatları sizi mənfi hala gətirməyəcək.  Hesabın bağlanması müddəti başa çatmadıqda isə bank kartı təkrar istifadə edilən kimi hesab edəcək ona görə də bu tip ödənişlərin hamısını vaxtında etmək lazımdır.

Hesabınızı bağlatdırandan sonra bunun barədə bankdan təsdiq kağızı alın və bu kağızı saxlayın.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266