BANK

Dövlət xidməti ən çox vəsaiti qalan lisenziyası ləğv olunmuş bankların adını açıqlayıb
18 DEKABR 2018
182

Dövlət xidməti ən çox vəsaiti qalan lisenziyası ləğv olunmuş bankların adını açıqlayıb

2018-12-18 16:52:00

Lisenziyası ləğv olunmuş banklarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin 29 mln. manat vəsaiti var.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev xidmətin ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“Ən böyük məbləğ “Gəncə Bank”, “Zamin Bank” və “Royal Bank”dadır. Ümumilikdə götürsək, bütün banklarda bərabər məbləğdə vəsait mövcuddur. Lakin ən çoxu “Gəncə Bank”dadır”, - deyə xidmət rəisi əlavə edib.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256