BANK

AMB-nin 2019 inflyasiya proqnozunu aşağı salacağı bildirilir
13 DEKABR 2018
179

AMB-nin 2019 inflyasiya proqnozunu aşağı salacağı bildirilir

2018-12-13 16:31:00

Mövzuya yaxın mənbələrə görə, Avropa Mərkəzi Bankı (AMB) Cümə axşamı günü nəşr edəcəyi yenilənmiş proqnozlarında 2019 inflyasiya proqnozunu aşağı salacaq.

Mənbələr tərəfindən verilən məlumata görə, inflyasiya proqnozu 1.7%-dən aşağı olacaq. 

İqtisadi artım proqnozunda da aşağı istiqamətli dəyişiklik gözlənilir.

AMB sözçüsü məsələyə dair şərh etməyi qəbul etməyib.

İnflyasiya proqnozunun indi azaldılması, AMB-nin aktiv alışı proqramını başa çatdırmaq planını mürəkkəb bir hala gətirə bilər.  

© Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256