BANK

Azərbaycanda regionların kreditləşməsi illik 10% artıb
10 DEKABR 2018
154

Azərbaycanda regionların kreditləşməsi illik 10% artıb

2018-12-10 11:13:00

 Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 204 707,7 min manat və ya 9,9% artaraq 2018-ci il noyabrın 1-nə 2 268 838,4 min manat təşkil edib.

Hesabata əsasən, ölkə üzrə cəmi kredit qoyuluşunun 18,5%-i bölgələrin payına düşüb. Regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (565,2 mln. manat) qeydə alınıb.

Qeyd edək ki, 2018-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12,281 mlrd. manat təşkil edib və bunun 10,013 mlrd. manatı və ya 81,5%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,1% təşkil etdiyi halda, Bakıda 10,3% olub, regionlarda isə 9,5-25% arasında dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264