BANK

Nazir: “Əməkhaqqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”
07 DEKABR
548

Nazir: “Əməkhaqqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”

2018-12-07 10:11:00

“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının kölgədən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.

Fins.az“Report”-a istinadən xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzun müddətli kreditlərin, istərsə də qısamüddəli kreditlərin cəlb edilməsi üçün böyük bir məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən bir amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, - deyə M.Cabbarov vurğulayıb.  

Eləcə də bax: Avro bahalaşdı – RƏSMİ MƏZƏNNƏLƏR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255