BANK

Avropa Komissiyası dollardan imtinanı stimullaşdırmağa çağırıb
05 DEKABR
130

Avropa Komissiyası dollardan imtinanı stimullaşdırmağa çağırıb

2018-12-05 17:11:00

Avropa Komissiyası iqtisadiyyatın strateji sektorlarında avrodan daha aktiv istifadə edilməsinə dair çağırış edib. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Məlumatda bildirilir ki, Avropa biznesi əsas strateji bazarlarda, hətta tez-tez öz aralarında hələ də ABŞ dolları ilə ticarət edir.

"Bu, bazarları siyasi və valyuta risklərinə məruz qoyur və onları birtərəfli qərarlardan asılı vəziyyətə salır. Bu isə dollarla bağlanmış sazişlərə birbaşa təsir edir", - deyə vurğulanıb.

Bununla əlaqədar Avropa Komissiyası bu gün beynəlxalq enerji sazişlərində və tranzaksiylarında avronun daha geniş istifadəsini təşviq edilməsi üzrə tövsiyə qəbul edib.

AB ölkələrinin liderlərinə dekabr ayında avroun beynəlxalq rolunu müzakirə etmək təklif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256