BANK

"Kapital Bank" nizamnamə kapitalını artırır
05 DEKABR
130

"Kapital Bank" nizamnamə kapitalını artırır

2018-12-05 16:02:00

"Kapital Bank" yeni səhmlər emissiya edib. Fins.az xəbər verir ki, buraxılışın Emissiya Prospektinə istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 614 205 ədəd imtiyazlı, sənədsiz adlı səhmlərdən ibarətdir.  Səhmlər yerləşdirildikdən sonra "Kapital Bank"ın nizamanmə kapitalı təxminən 20 milyon manat artaraq 205 milyon 850 min manatdan 225 milyon 850 min manata yüksələcəkdir.  

Bundan əvvəl də, səhmdarların 14 mart 2018-ci il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə Bankın nizamnamə kapitalı 20 milyon manat məbləğində artırılaraq 185 milyon 850 min manatdan 205 milyon 850 min manata qaldırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256