BANK

Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib
05 DEKABR
180

Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

2018-12-05 13:35:00

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,54%təşkil edib. Qeyd edək ki, sözügedən nisbət 2018-ci il oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5% olub.

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il noyabrın 1-nə 8 140 mln. manat təşkil edib ki, bunun da 5 171,9 mln. manatı xarici valyutada yerləşdirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255