BANK

Maaş kartlarının sayı 2 milyon səviyyəsini keçdi
05 DEKABR
78

Maaş kartlarının sayı 2 milyon səviyyəsini keçdi

2018-12-05 12:23:00

2018-ci ilin Oktyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 424 min ədəd təşkil edib.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Sentyabr ayı ilə müqayisədə Oktyabrda cəmi ödəniş kartlarının sayı 67 min ədəd artıb. 

Artım Yanvarda 20 min ədəd, Fevralda 70 min ədəd, Martda 43 min ədəd, Apreldə 89 min ədəd, Mayda 50 min ədəd, İyunda 40 min ədəd, İyulda 62 min ədəd, Avqustda 50 min ədəd, Sentyabrda isə 133 min ədə təşkil etmişdi.

Sentyabr ayı ilə müqayisədə Oktyabrda sosial kartların sayı 2 min ədəd azalaraq 2 milyon 545 min ədədə düşüb. Həmin ayda əməkhaqqı kartlarının sayı 90 min ədəd artaraq 2 milyon 31 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı ilk dəfə 2 milyon səviyyəsini keçib. Digər debet kartlarının sayı 63 min ədəd artaraq 1 milyon 45 min ədədə, kredit kartlarının sayı isə 84 min ədəd artaraq 803 min ədədə düşüb. Digər debet kartlarının sayı da ilk dəfə 1 milyon səviyyəsini keçib. 

Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 10 ayı ərzində cəmi ödəniş kartlarının sayı 624 min ədəd, o cümlədən sosial kartların sayı 10 min ədəd, əmək haqqı kartlarının sayı 204 min ədəd, kredit kartlarının sayı 180 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 230 min ədəd artıb.  

Mərkəzi Bank qeyd edib ki, Oktyabr ayında ödəniş kartlarının ümumi sayında dəyişiklik statistik vahidlərin ödəniş kartları ilə bağlı məlumatların dəqiqləşdirilməsi və yenidən təsnifatlaşdırılması ilə bağlıdır.

İl, ay

Ödəniş kartları ümumi sayı, min ədəd, (dövrün sonuna)

Dövriyyədə olan ödəniş kartlarının ümumi sayından:

 

Debet kartları

Kredit kartları

 

Sosial kartlar

Əmək haqqı kartları

Digər

 
 

12

5800

2535

1827

815

623

 

2018

           

01

5820

2517

1842

807

655

 

02

5890

2522

1880

814

673

 

03

5933

2513

1893

814

713

 

04

6022

2511

1890

866

755

 

05

6072

2513

1878

897

784

 

06

6112

2521

1877

914

799

 

07

6174

2521

1908

922

823

 

08

6224

2505

1930

953

836

 

09

6357

2547

1941

982

887

 

10

6424

2545*

2031*

1045*

803*

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255