BANK

Azərbaycanda problemli kreditlərin məbləği azalıb
05 DEKABR
74

Azərbaycanda problemli kreditlərin məbləği azalıb

2018-12-05 09:29:00

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 698,6 mln. manat təşkil edib.

Fins.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 2,9% azdır.

Sonuncu dəfə problemli kreditlərinin məbləği 9 ay bundan əvvəl (bu ilin yanvar ayının yekununda) 1,7 mlrd. manatdan az olub.

İlin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4,4% artıb, ötən il noyabrın 1-nə nisbətən isə 10,1% azalıb.

Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,8% təşkil edib. Bu nisbət sentyabrın sonuna 14,2%, ötən ilin sonuna 13,8%, ötən il oktyabrın sonuna isə 15,5% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256