BANK

Bu il : “Bank Respublikanın”etdikləri məlum oldu
05 DEKABR
247

Bu il : “Bank Respublikanın”etdikləri məlum oldu

2018-12-05 05:00:00

Artıq 2018-ci ilin də keçmişə, tarixə qovuşmağına 30 gündən də az vaxt qalıb. Qarşıdan Yeni İl,  2019-cu il gəlir.  Bəs Azərbaycan bankları fəaliyyətlərinin daha bir ilini necə geridə qoyurlar? Bu suala cavab tapmaq üçün Fins.az, tarixdə araşdırmaya başlayıb. Tarixi baxışda ilk hədəfimiz Bank Respublika olub.  Geridə qoymaqda olduğumuz ildə bank nələri qazandı nələri itirdi?

İlin birinci ayının son günlərində, Bank Respublika “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib. MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri hal-hazırda bankın bütün filiallarında göstərilir.

Bank Respublika MasterCard World Black Edition premium kartını təqdim edib. MasterCard World Black Edition – tez-tez səyahət edən, komfort və yüksək xidmət dərəcəsinə üstünlük verən müştərilər üçün unikal imkanları olan bank kartıdır.

Bank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə bankın “Gəncə” filialını yeni ünvana köçürür. İndi filial daha rahat və yeni konseptə uyğun təmir edilmiş ofisdə fəaliyyət göstərir. Filial müştərilərə bütün növ bank xidmətləri təklif edir.

MÜKAFATLAR

Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb. 2017-ci ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin inkişafı istiqamətində keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında növbəti dəfə 1-ci yerə layiq görülüb.

Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu “Pozitiv” dərəcəsinədək yüksəltdi.  Moody's Beynəlxalq reytinq agentliyi, “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək «Pozitiv” dərəcəsinə qaldrıdı, eləcə dəyerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqlədi. Agentliyin analitikləri reytinq üzrə proqnozun yüksəlməsini bankın ödəmə qabiliyyətinin, xüsusilə kapitalın adekvatlığı üzrə göstəricilərinin yaxşılaşması ilə əlaqələndirib.

Almaniyanın İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) “Bank Respublika”nın nizamnamə kapitalında olan payını 16,6% -ə çatdırıb. Bank, səhmdar kapitalında yuxarıda qeyd edilən paya 6 milyon manat məbləğində səhmlərin planlı şəkildə yerləşdirilməsi sayəsində nail olub. Nəticədə Bankın nizamnamə kapitalı 73,5 milyon manatadək artıb.

XEYRİYYƏÇİLİK

Bank, Sumqayıtda yerləşən general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasında təhsil alan valideyn himayəsindən məhrum olmuş, həmçinin aztəminatlı ailələrdən olan uşaqların Cümhuriyyət dövrü haqqında ətraflı məlumat almaq istəyini nəzərə alaraq, onlar üçün maraqlı və maarifləndirici ekskursiya təşkil edib.

Ramazan ayında yardım göstərmək, bir-birinə dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır.Bununla əlaqədar olaraq Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgənövbəti sosial aksiyasını həyata keçirdi.

Bu dəfə Bank Sahil qəsəbəsində yerləşən "Müşviq Əlil Uşaqlara Yardım İctimai Birliyi"nin nəzdində olan Bərpa və Sosioloji mərkəzdə müalicə alan uşaqları bayram münasibətilə təbrik edib və bank tərəfindən hazlırlanmış bayram sovqatları təqdim edib. Bankın və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətin nümayəndələri görüşə qatılan 40 yaxın ailəni qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edib və bərpa mərkəzində müalicə alan övladlarına şəfa diləyib.

Qurban bayramında “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiya həyata keçirib. Bankın əməkdaşları Ağcəbədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqları bayram münasibətilə təbrik etib və bank tərəfindən hazlırlanmış bayram sovqatlarını ailələrə təqdim ediblər.

Müəllif: Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255