BANK

İflas prosesində olan BOKT-un balansında olan 43 min manatlıq qızıl satışa çıxarılır
04 DEKABR
140

İflas prosesində olan BOKT-un balansında olan 43 min manatlıq qızıl satışa çıxarılır

2018-12-04 09:36:00

 İflas prosesində olan BOKT “Vijn Fond AzərKredit” MMC-nin balansında olan ilkin minimum satış qiyməti 43 347 manat təşkil edən qızıl-zinyət əşyalarının (ikinci əl) topdansatışı həyata keçiriləcək.

Fins.az Report-a istinadən xəbər verir ki, satışın keçirilməsi qaydası və satışda iştirak üçün ərizə forması aşağıdakı linkdə əldə edilə bilər: http: //www.azercredit.az/az/sale

Satışda iştirak etmək istəyən şəxslər ərizə formasını dolduraraq 9 dekabr 2018-ci il, saat 18:00-dək cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov/ S.vurğun küçələrinin kəsişməsi, “World Business Center”, 3-cü mərtəbədə yerləşən ofisində təqdim edə və ya [email protected] e-mail ünvanına göndərə bilərlər.

Satış dekabrın 11-də BOKT-un ünvanında baş tutacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256