BANK

Bu il ölkəmizə gələn əcnəbilər 1 milyard dollardan çox kartla əməliyyat ediblər
03 DEKABR
97

Bu il ölkəmizə gələn əcnəbilər 1 milyard dollardan çox kartla əməliyyat ediblər

2018-12-03 14:46:00

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,9%-i İran, 3,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,8%-i Səudiyyə Ərəbistanı, 2,6%-i İraq, 2%-i faizi Ukrayna, 1,6%-i İsrail, 17,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində isə artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd. 119 milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 248 milyon manat və ya 28% artıb.

Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 117mln. manat təşkil edib və ötən ilin oktyabr ayı ilə müqayisədə 57% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256