BANK

Depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib
03 DEKABR 2018
277

Depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib

2018-12-03 13:56:00

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Fins.az xəbər verir ki, hərracda tələb 1 mlrd. 079,9 mln. manat, hərracın nəticəsində bağlanan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 3,1 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262