BANK

Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub
03 DEKABR
159

Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub

2018-12-03 11:14:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub.

Fins.az Report-a istinadən xəbər verir ki, bunlar Şərur rayonundakı “Cavid”, Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Bərdə rayonundakı “Fermer-Marketinq”, Şəki şəhərindəki “Göyçə” və “Nicat”, Bakı şəhərindəki “M.F.”, İmişli rayonundakı “Mirqasım” və Salyan rayonundakı “Üç qardaş” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 70-dən 61-ə düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255