BANK

AİB rəsmisi "UNEC Business English Conversation Club" iştirakçıları ilə öz təcrübəsini bölüşüb
30 NOYABR
123

AİB rəsmisi "UNEC Business English Conversation Club" iştirakçıları ilə öz təcrübəsini bölüşüb

2018-11-30 14:22:00

AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı "UNEC Business English Conversation Club" layihəsinin növbəti sessiyasının qonağı Asiya İnkişaf Bankının (AİB) Bakı ofisinin baş iqtisadçısı Nail Vəliyev olub.

Qonaq tələbələrə AİB-in üzv ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyətindən danışıb. Onun sözlərinə görə, dünyanın ən iri maliyyə institutlarından biri olaraq AİB tərəfdaş ölkələrdə həm dövlət, həm də özəl sektorun inkişafına töhfə verir: "Asiya İnkişaf Bankının dəstəyi enerji, maliyyə, fiskal siyasət, infrastruktur kimi sahələri əhatə edir və biz bu tərəfdaşlığın bəhrəsini görürük. Azərbaycanın həm daxildə, həm də beynəlxalq səviyyədə reallaşdırdığı layihələrə dəstək vermək bizi məmnun edir".

"UNEC Business English Conversation Club" layihəsinin əhəmiyyətinə toxunan baş iqtisadçı deyib ki, ingilis dilinin biznes istiqamətinin öyrənilməsi olduqca vacibdir: "Tədbirdə iştirak etmək üçün dəvət alanda məhz layihənin məqsədi diqqətimi çəkdi. Çünki ingilis dilinin biznes istiqamətinin öyrənilməsi sizin üçün olduqca vacibdir və gələcək karyeranızda sizin üstünlüklərinizdən biri olacaq. Bir şeyi dəqiq bilin ki, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının gündəlik işində məhz buna üstünlük verilir". 

N. Vəliyev həmçinin tələbələrlə öz təcrübəsi ilə bölüşüb və onlara bir sıra faydalı məsləhət verib.

Qeyd edək ki, tələbələrin xahişinə əsasən, AİB-in baş iqtisadçısı layihənin növbəti sessiyalarından birində də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256