BANK

Azərbaycanın ən etibarlı 5 bankı
29 NOYABR
879

Azərbaycanın ən etibarlı 5 bankı

2018-11-29 17:10:00

Fins.az-ın məlumatına görə, Business Insight araşdırmalar mərkəzi növbəti sorğusunun nəticələrini yayımlayıb. Mərkəzin araşdıma barədə açıqlamasında qeyd olunur ki,seçmə çərçivəsi kimi 9 iqtisadi region və Bakı şəhərində 1208 respondent müəyyən edilmişdir. Sorğunun 1208 respondent arasında keçirilməsinin əsas səbəbi seçmə sayının bu cür sorğuların keçirilməsi üçün reprezentativliyə uyğun olmasıdır. Təhlil üçün SPSS proqramında xüsusi proqram təminatı hazırlanmış və emal edilmişdir. Sorğu planşetlə telefon sorğusu formasında 2018-ci ilin iyun ayında keçirilib. Sorğu ev təsərrüfatında 18–65 yaşı tamam olan  insanlar arasında keçirilmişdir. Beləlik Business Insight araşdırmalar mərkəzi Azərbaycanda ən inandığınız, ən etibar etdiyiniz Bank hansıdır? sualı ilə müraciət etdiyi respondentlərin fikrincə Azərbaycanda ən inanılan və etibarlı bankı kimi KapitalBank seçilib (31 %) . Azərbaycanlıların digər banklara nisbətdə Kapitalbanka inamı daha çoxdur. Səhmlərinin bir hissəsinin dövlətə məxsus olduğunu səbəb kimi göstərib Beynəlxalq bankı ən etibarlı bank kimi seçənlər 11 . 4 fazilə ABB -ni sıralama ikinci ediblər. 10 . 5 % respondent qrafikdə göstərilməyən başqa bankların adlarını qeyd edib (Bank Respublika, Paşabank, Express bank, YapıKredi Bank, Rabitəbank, Nikoil Bank, AGBank, AzərTürk Bank, Atabank, ASB, BTB, Turan Bank və s)

Müəllif:Aynur Qəniyeva

 

Eləcə də bax:Sahibkarlıq sahəsində aparılan yoxlamaların miqyası genişlənir - Qanun DƏYİŞDİRİLİR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256