BANK

Unibankın İdarə Heyətində yeni təyinat olub
29 NOYABR
257

Unibankın İdarə Heyətində yeni təyinat olub

2018-11-29 12:52:00

“Unibank” KB-da struktur yeniliyi olub. Bundan sonar bütün satış istiqamətləri bir kuratorun nəzarətin dəolacaq. Uzunillər bankda çalişan Korporativ biznes üzrə İdarə Heyəti sədrinin müavini İqor Okayev İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini vəzifəsinə təyin edilib. Korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes və Marketinq departamenti İqor Okayevin kurasiyasına verilib.

Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 

Bütün satış istiqamətlərinin bir kurasiyada cəmləşməsi beynəlxalq təcrübəyə uyğun olmaqla yanaşı, satışın effektivliyinin daha da artırılması ilə strateji hədəflərin yerinə yetirilməsi, satışı bir nöqtədən idarə etməklə sinerji yaratmaq, bütün bu istiqamətlər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır. Satış və Marketinq  bölmələrinin bir kurasiyada birləşdirilməsi eyni zamanda bazar analitikasından istifadəni gücləndirməklə, innovativ bank məhsullarının yaradılmasında çevikliyi daha da artıracaq.

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 1 milyondan artıq korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256