BANK

Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb
29 NOYABR
157

Türkiyədə dolların məzənnəsi 4 aylıq minimuma düşüb

2018-11-29 11:52:00

 Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 5,18 lirəyə düşüb. 

Fins.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkədə Amerika valyutası sonuncu dəfə bu qiymətə 4 ay bundan əvvəl olub. 

Türkiyədə dolların ucuzlaşması onun bütün dünyada dəyər itirməsi ilə bağlıdır. 

Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel (Jerome Powell) açıqlamasında ölkədə uçot dərəcəsinin neytral həddə yaxın olduğunu bildirib. Bu isə FED-in gələn il faiz artımına getməyəcəyi barədə fikir formalaşdırıb və dolları ucuzlaşdırıb. 

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256