BANK

Azərbaycanda sistem banklar üçün kapitalın adekvatlıq əmsalı tələbləri artırılır
29 NOYABR
129

Azərbaycanda sistem banklar üçün kapitalın adekvatlıq əmsalı tələbləri artırılır

2018-11-29 09:58:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP)sistem bankların məcmu kapitalın adekvatlıq əmsalı və I dərəcəlikapitalın adekvatlıq əmsalına minimal tələblərin artırılması qrafikini təsdiq edib.  

Bu qrafik yeni “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda nəzərdə tutulur. Yeni qaydalar 24 may 2019-cu il tarixindən etibarən qüvvəyə minəcək.

Yeni qaydalarda sistem əmələ gətirən (sistem) bank anlayışı nəzərdə tutulur (bu cür bankların meyarlarını maliyyə tənzimləyicisi müəyyən edir ).

Xüsusilə, 1 iyun 2019-cu il tarixindən etibarən sistem bankların məcmu kapitalın adekvatlıq əmsalının minimal səviyyəsi 11%-i, 1 yanvar 2020-ci ildən etibarən – 12% təşkil etməlidir (qalan banklar üçün adekvatlıq əmsalı 10% səviyyəsində qalacaq).

1 iyun 2019-cu il tarixindən etibarən I dərəcəlikapitalın adekvatlıq əmsalın minimal səviyyəsi 5,5%, 1 yanvar 2020-ci ildən etibarən – 6% təşkil etməlidir (qalan banklar üçün 5% səviyyəsində qalacaq).

Sistem bankları anlayışının təbtiqi ilə leverec əmsalına tələblər də dəyişir. Sistem banklarında bu göstərici 5% səviyyəsində qalacaq, qalan banklar üçün – 4%-dək azalır.

Bundan əlavə, qaydalara əsasən, bank aktivləri üzrə risk qruplarının təsnifatında artım nəzərdə tutulur. Yeni qaydalara əsasən, bu ür qrupların sayı 5-dən 8-dək artırılıb: 0%, 20%, 35%, 50%, 75%, 100%, 120% və 150%. 

Eləcə də bax: Bu il ərzindən ən az kredit verən banklar - SİYAHI

© İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256