BANK

İpoteka istiqrazlarının 65 milyon manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək
27 NOYABR
111

İpoteka istiqrazlarının 65 milyon manatlıq emissiyasının ilk tranşı yerləşdiriləcək

2018-11-27 16:30:00

Noyabrın 29-da Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun 25 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1000 manat qiyməti ilə satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, Fonddan AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti oktyabrın 26-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 65 milyon AZN, bir istiqrazın nominal dəyəri 1000 manat təşkil edir, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Eləcə də bax:Əmanətlərin Sığortalanması Fondu stellajların alınması ilə bağlı kotirovka sorğusu keçirir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256