BANK

PAŞA Bankın dəstəyi ilə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı keçirilib
26 NOYABR
240

PAŞA Bankın dəstəyi ilə “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış konfransı keçirilib

2018-11-26 11:21:00

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın dəstəyi ilə Bakıda “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” adlı layihənin açılış konfransı keçirildi.

Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi (Junior Achievement Azerbaijan) və təşkilatın yerli və beynəlxalq tərəfdaşları ilə birlikdə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. Layihə çərçivəsində tədris və elektron resursların hazırlanması, təlimçi müəllimlərin yetişdirilməsi, ümumi təhsil müəssisələrinin nəzdində sahibkarlıq mərkəzlərinin yaradılması planlaşdırılır.

Konfransın spikeri qismində PAŞA Bankın Debitorların maliyyələşməsi şöbəsinin rəhbəri Aynurə Piriyeva təmsil edib. Bankın nümayəndəsi “Gənclər arasında sahibkarlıq və maliyyə savadlılığı” mövzusunda olan tematik panel çərçivəsində tədbir iştirakçılarının qarşısında çıxış etmişdir.


Qeyd edək ki, “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi 2018-2020-ci illərdə paytaxt və Qəbələ, Masallı, Gəncə, Xaçmaz, Mingəçevir, Zaqatala və Qax rayonlarındakı ümumi və peşə təhsili müəssisələrindən 150 müəllimi və 3,000 şagirdi əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256