BANK

“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu
26 NOYABR
279

“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu

2018-11-26 18:03:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının sabiq departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Fins.az Oxu.az-a istinadən xəbər verir ki,  hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub. 

Vurulan ziyandan 23 784 manat pul ödənilib. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256