BANK

Azərbaycan bankları bankomatı haradan və neçəyə alırlar ?
26 NOYABR
573

Azərbaycan bankları bankomatı haradan və neçəyə alırlar ?

2018-11-26 17:58:00

Azərbaycana bankomatları bir şirkət gətirir. Bscom adlı bu şirkət bankomatları Böyük Britaniyadan idxal edir. Gətirilən məhsullar isə Windcor şirkətinə məxsusdur. Fins.az-ın əldə etdiyi məlumata görə, bu bankomatların qiyməti 25 min dollardan başlayır. Qeyd edək ki, Windcor şirkətinin ölkəmizdə rəsmi distributeri  Bscom olduğundan başqa şirkətlər bu bankomatlardan gətirmək hüququna malik deyillər. 

Bəs nə üçün Azərbaycanda  bankomat istehsal olunmur!? Fins.az bu suala cavabı Sumqayıt Texnologiyalar Parkından öyrənməyə çalışıb. Məlumat üçün bildirək ki, STP-də artıq ödəmə terminalları istehsal olunur ki, onların da birinin qiyməti 3700-4000 manatdır. Bundan başqa adı çəkilən müəssisədə sıra nömrələri aparatı, elektron məlumat lövhələri istehsal edilməsinə baxmayaraq bankomat istehal edilmir. Müəssisədən buna səbəb kimi lazımı sertifikatın olmadığı bildirildi.

Texniki cəhətdən istehsalda heç bir problem ola bilməz. Amma təhlükəsizlik baxımından xüsusi sertifikat olmalıdır ki, o da bizdə yoxdur deyə STP rəsmisi Fins.az-ın sualını cavablandırarkən bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256