BANK

Azərbaycanda "körpü" bankların yaradılması qaydaları təsdiq edilib
23 NOYABR
212

Azərbaycanda "körpü" bankların yaradılması qaydaları təsdiq edilib

2018-11-23 16:48:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsi Qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən körpü bank ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin müvəqqəti idarə edilməsi məqsədilə yaradılır. Fins.az İnterfaks-Azərbaycna-a istinadən xəbər verir ki, şərtlərə görə, körpü bank MPNP tərəfindən yaradılır və onun yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın nizamnamə kapitalı 4 min manat təşkil edəcək və Palata tərəfindən formalaşdırılacaq.

Körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Müvəqqəti inzibatçı bankın dayanıqlı fəaliyyət göstərməsini təmin etməli, bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması, habelə bankın mənfəətliyinin artırılması istiqamətində tədbirlər görməlidir.

Körpü bank nəzərdə tutulmuş müddət (6-9 ay) ərzində satılmadıqda, Palata körpü bankın bank lisenziyasının ləğvi üçün müvafiq tədbirlər görməlidir.

Qaydalara görə, körpü bank tənzimləyicinin razılığı ilə depozitlər qəbul edə, kreditləri restrukturizasiya edə bilər. Körpü bank yeni kreditlər verə bilməz.

Ətraflı buradan tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255