BANK

Banklar Assosiasiyasının sədrindən banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi ilə bağlı açıqlama
22 NOYABR
465

Banklar Assosiasiyasının sədrindən banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi ilə bağlı açıqlama

2018-11-22 13:55:00

Fins.az-ın məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev  Azərbaycan banklarından yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi ilə bağlı fikirlərini bölüşərək deyib ki, "Banklardan yığılmış dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla “svop” edilməsi əməliyyatları aparılmalıdır".Fikirlərinin davamında o qeyd edibki, "Bank sektorunda 5 mlrd. manata yaxın izafi likvidlik yığılıb. Bu vəsaitlərin iqtisadiyyata ötürülməsi üzrə problemlər var. Keçmiş devalvasiyaların təcrübəsi göstərir ki, dolların bahalaşması yerlərdə kiçik və orta biznesin fəaliyyətində ciddi problemlər yarada bilər. Banklardan yığılmış hazırkı dollar vəsaitlərinin manata konvertasiya edilməsi və ya manatla “svop” edilməsi əməliyyatları, təbii ki, digər faktorlar nəzərə alınmaqla önəmli olardı. Hazırda bank sektorunda vəsait çatışmamazlığı, likvidlik problemi deyil, əksinə izafi likvidliyin iqtisadiyyata ötürülməsi məsələsi gündəmdədir". 

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255